Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb
siyasət

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb

25-06-2026 19:00 15 Baxış
IMG

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

 

Tvit.az xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

 

"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.

 

Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib:

 

"Həmçinin, iqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq".