Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Şəkidə mikroavtobusla minik maşını toqquşdu
hadisə

Şəkidə mikroavtobusla minik maşını toqquşdu

29-11-2024 18:00 181 Baxış
IMG

Şəkidə mikroavtobusla minik maşını toqquşub.

 

Tvit.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında rayonun Kiş kəndi ərazisində baş verib.

 

Kənd sakini Səməd Salammovun idarə etdiyi Şəki-Kiş kəndi marşutu ilə hərəkət edən mikroavtobusla 31 yaşlı Əfsər Qarayevin idarə etdiyi VAZ-2106 markalı minik avtomobili toqquşub.


Qəzada VAZ-2106-nın sürücüsü xəsarət alıb.

 

Mikroavtobus sürücüsü və sərnişinlər arasında isə xəsarət alan olmayıb.

 

Faktla bağlı Şəki Rayon -Şəhər Polis Şöbəsində araşdırma aparılır.