İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin iki üzvü İsrailin həyata keçirdiyi hücumları nəticəsində həlak olub.
Tvit.az xəbər verir ki, həlak olanların Bəhmən Hüseyni və Əlirza Əbiri olduğu bildirilir.
Məlumata əsasən, hər iki hərbçi “missiyanı yerinə yetirərkən” həyatını itirib.
Millət vəkili Mahmud Nəbəvian hadisə ilə bağlı paylaşımında onların ölümünü təsdiqləyib.
İran tərəfi əvvəllər bu hücumlarda itkilər barədə rəsmi məlumat açıqlamasa da, hadisə ilə bağlı məlumatların sonradan yayılması diqqət çəkib.
Elmin Alışov