Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir
siyasət

Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir

14-05-2026 11:00 20 Baxış
IMG

BMT Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və qlobal səviyyədə inklüziv qarşılıqlı fəaliyyətin təşviqinə dəyişməz sadiqliyini yüksək qiymətləndirir.

 

Tvit.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç tərəfindən Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında oxunan müraciətində bildirilib.

 

Onun sözlərinə görə, sözügedən QHT platforması Qlobal Cənub ölkələrinin həmrəyliyi, dialoqu və tərəfdaşlığının mühüm mexanizmidir.

 

Müraciətdə həmçinin vurğulanıb ki, assambleyanın inklüziv şəhər inkişafına, iqlim dayanıqlığına və davamlı idarəetməyə diqqət yetirməsi Qlobal Cənub şəhərlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı prosesdə üzləşdiyi reallıqları əks etdirir.

 

Bundan əlavə, baş katib birgə təşəbbüslərin təşviq edilməsinin, institusional əlaqələrin gücləndirilməsinin və vətəndaş cəmiyyətinin BMT platformalarında, o cümlədən COP və WUF-da iştirakının genişləndirilməsinin vacibliyini qeyd edib.

 

"Azərbaycandakı BMT əməkdaşlığın gücləndirilməsinə, vətəndaş cəmiyyətinin imkanlarının genişləndirilməsinə yönəlmiş səyləri dəstəkləməyə hazırdır", - müraciətdə bildirilib.