Belarus Silahlı Qüvvələri mümkün silahlı münaqişələrə hazırlıq məqsədilə məqsədyönlü şəkildə səfərbər olunacaq.
Tvit.az xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko bunu mayın 12-də açıqlayıb.
“Vəd verdiyim kimi, biz hərbi hissələri məqsədyönlü şəkildə səfərbər edəcəyik ki, onları müharibəyə hazırlayaq. Allah eləsin ki, buna ehtiyac qalmasın,”- deyə Lukaşenko qeyd edib.
O vurğulayıb ki, ordu məhz ölkəni mümkün münaqişələrdən qorumaq üçün mövcuddur. Eyni zamanda, Lukashenko xatırladıb ki, Belarus tərəflər arasındakı anlaşılmazlıqların sülh yolu ilə həllinə sadiqdir.
Aysel Şirinova