İsveçin xarici işlər naziri Maria Stenergaard bildirib ki, Kreml Ukraynada sülhün bərqərar olmasında maraqlı deyil.
Tvit.az xəbər verir ki, o, bu fikirləri “Euronews” nəşrinə söyləyib.
Diplomat vurğulayıb ki, Avropa indi danışıqlardan daha çox Kremlə təzyiq göstərməyə diqqət yetirməlidir. Xüsusilə, onlar Rusiya əleyhinə sanksiyaların növbəti mərhələsini və Ukraynaya davamlı dəstəyi müzakirə etməlidirlər.
Elmin Alışov