Polşada bir nəfər hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alınıb.
Tvit.az-ın xəbərinə görə, bu barədə "RMF FM" radiosu respublikanın baş sanitar müfəttişinə istinadən məlumat verib.
"Səbəb hantavirusun aşkarlanandığı kruiz gəmisindəki sərnişinlə mümkün təmasdır", - deyə məlumatda bildirilib.
Müşahidə altında olan şəxsdə xəstəliyin heç bir əlaməti aşkarlanmasa da, mütəxəssislər yeddi günlük karantin tətbiq ediblər.