Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Litvanın Baş naziri Azərbaycana səfərə gəldi
siyasət

Litvanın Baş naziri Azərbaycana səfərə gəldi

08-04-2026 20:00 10 Baxış
IMG

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Tvit.az" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litvanın Baş naziri İnqa Ruqinieneni hava limanında Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.