Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı - YENİLƏNİB
siyasət

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı - YENİLƏNİB

02-03-2026 21:00 19 Baxış
IMG

Yaponiyanın Azərbaycandakı səfirliyi iki gün konsulluq xidmətləri göstərməyəcək.

 

"Tvit.az"ın məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə səhifəsində məlumat verilib.

 

"Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi bu gün və sabah (martın 2-3-də) konsulluq xidmətlərinin göstərilməsini dayandırır", - bəyanatda qeyd olunur.

 

*** 12:43

 

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

 

"Tvit.az"ın məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkəsində hesabında qeyd olunub.

 

"Regionda baş verən hadisələrlə əlaqədar olaraq Ssfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik".