Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Məşhur amerikalı aktyor Tom Nunen vəfat etdi
digər

Məşhur amerikalı aktyor Tom Nunen vəfat etdi

18-02-2026 23:00 33 Baxış
IMG

Məşhur amerikalı aktyor, prodüser və rejissor Tom Nunen 74 yaşında vəfat edib.

 

Tvit.az bildirir ki, bu barədə "Instagram"da onun "Nə baş verib?" filmindəki həmkarı Karen Sillas məlumat verib.

 

"Mənim əziz dostum və tərəf müqabilim Tom Nunen 2026-cı ilin Sevgililər Günündə dinc şəkildə həyata gözlərini yumub", - deyə o yazıb.

 

Sillas aktyorun ölüm səbəbini açıqlamayıb.

 

Ümumilikdə Nunen 87 filmdə, o cümlədən "Məxfi materiallar" və "Robokop"da çəkilib. Onun son işi 2018-ci ildə ekran üzü görən "Heyvanlar" filmi olub.