Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Narazılıqların böhran yaratmasına imkan vermək olmaz - İran rəhbəri
dünya

Narazılıqların böhran yaratmasına imkan vermək olmaz - İran rəhbəri

17-02-2026 12:00 39 Baxış
IMG

İran prezidenti Məsud Pəzaşkian bildirib ki, ölkədə sosial narazılıq yarandıqda, onun böhrana çevrilməsinin qarşısı alınmalı və bütün tərəflərə dəyən zərəri minimuma endirəcək şəkildə tədbirlər görülməlidir.


Tvit.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.


“Cəmiyyətdə faciə, narazılıq, problem və ya sapma baş verdikdə, vəziyyət böhrana çevrilməzdən əvvəl ilkin mərhələlərdə nəzarət etməli, qarşısını almalı və həll yolu tapmağa çalışmalıyıq”,- deyə İran lideri əlavə edib.


Elmin Alışov