Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xərçəng xəstələri də oruc tuta bilər - Onkodietoloqdan AÇIQLAMA
sosial

Xərçəng xəstələri də oruc tuta bilər - Onkodietoloqdan AÇIQLAMA

16-02-2026 17:00 64 Baxış
IMG

Xərçəng xəstələrinin oruc tutması yalnız fərdi yanaşma ilə mümkündür.  Aktiv kimyaterapiya və ya radioterapiya alan, çəki itirən, iştahasız və halsız xəstədə uzun saatlar ac və susuz qalmaq məqsədəuyğun deyil. Müalicə bitdikdən sonra, xəstənin analizləri normal, ümumi vəziyyəti isə stabildirsə, həkim nəzarəti ilə oruc tutmaq olar. Sağalma dövründə həkim nəzarəti ilə və düzgün qidalanma planı ilə oruc əksər hallarda risk yaratmır. Burada əsas şərt bədənin zəifləməməsi və əzələ kütləsinin qorunmasıdır.

 

Bu fikirləri Tvit.az-a açıqlamasında xərçəng xəstələrinin qidalanma üzrə dietoloqu, onkodietoloq Aysel Abdullayeva bildirib.

 

O, bildirilib ki, xərçəng xəstələrinə yanaşma individualdır. Xəstələrin orqanizmi və ümumi vəziyyəti tam fərqli olur. Bu mərhələdə orqanizmə əlavə stress lazım deyil, əksinə stabil enerji və zülal dəstəyi vacibdir.

 

"Oruc tutmaq xəstənin aktiv müalicə dövründə risk yarana bilər. Susuzlaşma, təzyiq enməsi, qan şəkərinin düşməsi, elektrolit balansının pozulması kimi hallar realdır. Ağır anemiya, böyrək problemi və ya nəzarətsiz diabet olduqda risk daha da artır. Ən çox rast gəlinən problemlər susuzlaşma, halsızlıq, başgicəllənmə, arterial təzyiq dəyişiklikləri, qan şəkərinin enməsi və əzələ itkisi ilə bağlıdır. Onsuz da zəifləmiş xəstədə əzələ kütləsinin azalması sonradan daha ciddi metabolik problemlərə səbəb ola bilər.
Uzun müddət ac qaldıqda autofagiya prosesi baş verir. Autofagiya hüceyrələrin təmizlənməsi və yenilənməsini təmin edən təbii mexanizmdir. Xərçəng xəstələrində bunun faydalı və təhlükəsiz olub-olmaması hələ sübut olunmayıb, buna görə bu proses nəzəri olaraq işləsə də, xəstələr üçün ehtiyatla yanaşmaq lazımdır. Ən vacib ibadət sağlamlığımızı qorumaqdır", - deyə onkodietoloq vurğulayıb.

 

Aysel Şirinova, 

Tvit.az