Avropa qoşunlarının Ukraynaya daxil olması münaqişənin gərginləşməsi demək olardı.
Tvit.az xəbər verir ki, bu fikri Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında ifadə edib.
"Əgər bu günkü vəziyyətdə Ukrayna ərazisinə qoşun göndərsək, eskalasiyaya görə məsuliyyəti öz üzərimizə götürəcəyik, - deyə Makron bildirib.
Makron həmçinin vurğulayıb ki, Avropada bu məsələdə konsensus yoxdur.
Onun sözlərinə görə, Avropa ilk gündən Ukraynaya kömək etməyə qərar verdi, amma eyni zamanda Rusiya ilə gərginlik prosesində iştirak etməkdən imtina etdi, yəni öz ərazisinə zərbə vurmamağa və quru zərbələri tətbiq etməməyə qərar verdi:
"Biz hələ də bu çərçivədə fəaliyyət göstəririk.
Aysel Şirinova