Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İranda etirazlarda ölənlərin sayı 7 mini keçib
dünya

İranda etirazlarda ölənlərin sayı 7 mini keçib

13-02-2026 23:00 14 Baxış
IMG

ABŞ-da fəaliyyət göstərən Human Rights Activists News Agency bildirib ki, ötən ay İranda keçirilən ümummilli etirazların dağıdılması zamanı təsdiqlənmiş ölənlərin sayı 7 mini ötüb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın məlumatına görə, ölənlərin sayı 7 min 5 nəfərə çatıb və onların 214-ü hökumət qüvvələrinin üzvləridir. 

 

Bildirilir ki, real rəqəm daha yüksək ola bilər. Qurum əvvəlki iğtişaşlar zamanı da ölüm statistikasının hesablanmasında dəqiq məlumat təqdim etməsi ilə tanınır və ölkə daxilindəki fəallar şəbəkəsinə əsaslanır.

 

Yanvarın 8–9-da baş verən kütləvi qırğından bir aydan çox vaxt keçməsinə baxmayaraq, ABŞ və İran arasında ikinci raund danışıqların taleyi hələ də qeyri-müəyyəndir. Bu arada ABŞ hərbi qüvvələrini regionda gücləndirməyə davam edir.

 

Aysel Şirinova