İranın Rusiyadakı səfiri Kazım Cəlali İran və ABŞ-nin İranın nüvə proqramı üzrə razılığa gələ biləcəklərini deyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Fikrimcə, razılığa gəlmək imkanı var. Lakin belə bir şərtlə ki, danışıqlardan əvvəl heç kim onların nəticəsini diktə etməməlidir. Başa düşürsünüz ki, belə vəziyyət danışıqlar aparmaq deyil, sadəcə öz mövqeyini diktə etməkdir”, – deyə Kazem Jalali bildirib.
Cəlali qeyd edib ki, əldə olunacaq razılaşmalar müqabilində ABŞ sanksiyaları ləğv etməlidir.
Xatırladaq ki, 6 fevral tarixində Omanda İranın nüvə proqramı ətrafında yaranmış böhranın tənzimlənməsi məsələsi üzrə İran və ABŞ arasında danışıqların növbəti mərhələsi keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff rəhbərlik edib.
Aysel Şirinova