Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
idman

Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi

13-02-2026 20:00 22 Baxış
IMG

Nəriman Axundzadəni «Kolumbus Kru»ya satan «Qarabağ»ın daha bir oyunçusuna yeni təklif gəlib. Daha dəqiq desək, təkliflər.

 

Tvit.az Sportinfo-ya istinadla xəbər verir ki, Elvin Cəfərquliyev İtaliya, Almaniya və Fransadan olan klubların transfer siyahısındadır.


Ağdam təmsilçisi adıçəkilən müdafiəçini satarsa, 3 milyon avro qazana bilər. Çünki ona dəvət göndərən Avropa komandalarından biri «köhlən atlar»a bu qədər təzminat ödəməyə hazırdır.

 

Sol cinah oyunçusunun «Qarabağ»la kontraktı gələn ilin yayında başa çatacaq. 2017-ci ildən burada çıxış edən 25 yaşlı Cəfərquliyev istəsəydi, əslində, çoxdan səsi «köhnə dünya»dan gələrdi.

 

İndiyədək ona o qədər çağırış gəlib ki! Heç birini dəyərləndirməyib.

 

Leandro Andrade də Asiyadan çox sərfəli təklif alıb. Kabo-Verde yığmasının üzvünün son vaxtlar zəif təsir bağışlamasının səbəbi də budur.

 

«Çelsi» ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir.