Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pentaqon rəsmisi: NATO-ya üzv Avropa ölkələri döyüş qabiliyyətini artırmalıdır
dünya

Pentaqon rəsmisi: NATO-ya üzv Avropa ölkələri döyüş qabiliyyətini artırmalıdır

12-02-2026 23:00 13 Baxış
IMG

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) siyasət üzrə rəhbəri Elbric Kolbi Brüsseldə NATO-ya üzv Avropa ölkələrinin müdafiə nazirlərinə müraciət edərək onların döyüş qabiliyyətlərini artırmalı olduqlarını bildirib. O, Avropanın Rusiya təhdidinə qarşı öz qitəsinin təhlükəsizliyində daha fəal rol oynamalı olduğunu vurğulayıb.

Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumatda bildirilir ki, Ağ Evin tapşırığı ilə, müdafiə naziri Pit Heqsetin əvəzinə toplantıya qatılan Kolbi bildirib ki, ABŞ Avropadakı ənənəvi hərbi qüvvələrinin sayını azaldacaq. Bununla belə, Vaşinqtonun NATO alyansına sadiqliyinin davam etdiyini qeyd edib.

Kolbi çıxışında Avropa ölkələrinin yalnız niyyət və vədlərlə kifayətlənməməli, real nəticələr və konkret hərbi imkanlar ortaya qoymalı olduqlarını deyib. Onun sözlərinə görə, müdafiə sahəsində bürokratik maneələrdən uzaqlaşaraq döyüş effektivliyinə üstünlük verilməlidir.

“Bu, qüvvə strukturunun, hazırlıq səviyyəsinin, silah ehtiyatlarının və hərbi sənaye potensialının müasir münaqişələrin reallıqlarına uyğun şəkildə yenidən nəzərdən keçirilməsi deməkdir,” – deyə Kolbi NATO müttəfiqlərinə bildirib.

Bu açıqlamalar ötən ay ABŞ prezidenti Donald Trampın Danimarkadan Qrenlandiyanı tələb etməsi fonunda yaranmış gərginlikdən sonra münasibətləri yenidən tənzimləmək cəhdi kimi qiymətləndirilir.

Aysel Şirinova