Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Telegramı cərimələdi
dünya

Rusiya Telegramı cərimələdi

11-02-2026 13:00 14 Baxış
IMG

Moskva məhkəməsi qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə “Telegram” messencerini 3,8 milyon rubl məbləğində cərimələyib.

 

Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

“Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 4-cü hissəsinə əsasən (internetdə informasiya resursunun sahibi tərəfindən ekstremist fəaliyyətə çağırışlar və pornoqrafik təsvirlər olan materialların silinməməsi) "Telegram" messencerinə 3,8 milyon rubl məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar çıxarıb”, – deyə məhkəmə sənədində bildirilir.

 

Aysel Şirinova