Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı metrosunun inkişafı ilə bağlı 180 milyon dollarlıq kredit təsdiqləndi
sosial

Bakı metrosunun inkişafı ilə bağlı 180 milyon dollarlıq kredit təsdiqləndi

10-02-2026 18:00 16 Baxış
IMG

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) "Bakı Metro Genişlənməsi Layihəsi"nin birinci mərhələsi üzrə 180 milyon ABŞ dolları məbləğində suveren kreditin ayrılmasını rəsmiləşdirib.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, AIIB fevralın 6-da maliyyələşdirməni təsdiqləyib.

 

Qeyd edilib ki, layihənin məqsədi Bakı metrosunun xidmət etibarlılığını artırmaq, texniki xidmətin səmərəliliyini yüksəltmək və əməliyyat təhlükəsizliyini gücləndirməklə yanaşı, perspektiv metro genişlənməsinə şərait yaratmaqdır.

 

Layihə "Dərnəgül" və "Xocəsən" deposunun tikintisi və avadanlıqla təchizatını, bundan əlavə, "yaşıl xətt" üzrə 10 mövcud stansiyada təhlükəsizlik, ekoloji və sosial göstəricilərin yaxşılaşdırılması nəzərdə tutur.

 

AIIB vurğulayıb ki, depoların yaradılması Bakı metrosunun inkişafı üçün əsas infrastruktur bazasıdır və bu, xüsusilə "May 28" stansiyasında "qırmızı" və "yaşıl xətlər"in ayrılması üçün kritik imkan yaradacaq.

 

Qeyd edək ki, layihə üzrə borcalan qismində Azərbaycan Maliyyə Nazirliyi çıxış edir, icraçı qurum isə "Bakı Metropoliteni" QSC-dir.