Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb
sosial

Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb

09-02-2026 23:00 19 Baxış
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülhün dəstəklənməsi və Azərbaycan-ABŞ əlaqələrindən danışıb.

 

Tvit.az xəbər verir ki, Fidan bu barədə "CNN Türk" telekanalının canlı efirində qeyd edib.

 

O, sülh prosesində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Trampın münasibətlərinin də rol oynadığını bildirib.

 

H. Fidan Türkiyə-ABŞ münasibətlərinin müsbət dinamikasının Rusiya-Ukrayna müharibəsinin həll istiqamətində aparılan danışıqlarda, Qəzzada atəşkəsin əldə olunması və Suriya ilə bağlı bölgənin lehinə qərarların verilməsində də özünü göstərdiyini bildirib.