Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Fəzail Ağamalının ölüm səbəbi məlum oldu
sosial

Fəzail Ağamalının ölüm səbəbi məlum oldu

09-02-2026 21:00 15 Baxış
IMG

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər. Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı oteldə ürəktutmasından dünyasını dəyişib.

 

F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.

 

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.