Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İranın Milli Təhlükəsizlik Şuraısnın katibi Omana gedəcək
dünya

İranın Milli Təhlükəsizlik Şuraısnın katibi Omana gedəcək

09-02-2026 14:00 21 Baxış
IMG

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Muskata gedəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə İrna agentliyi məlumat yayıb.

 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani başçılıq etdiyi nümayəndə heyəti ilə çərşənbə günü Omanın paytaxtı Muskata səfər edəcək.

 

Səfər çərçivəsində Laricani Oman Sultanatının yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcək və regional və beynəlxalq son hadisələr, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcək.

 

Aysel Şirinova