Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zara brendi bu ölkədəki mağazasını bağlayır
dünya

Zara brendi bu ölkədəki mağazasını bağlayır

09-02-2026 10:00 14 Baxış
IMG

İspaniyanın Zara brendinə sahib olan geyim mağazaları şəbəkəsi "Inditex"  Ukraynanın Dnepropetrovskdakı mağazalarını bağlayır.

 

Tvit.az xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

 

Məlumata görə, "Inditex" sözügedən ərazidəki  iri ticarət mərkəzləri ilə icarə müqavilələrini ləğv edib.

 

 Odessa və Xarkov şəhərlərindəki ticarət nöqtələrinin fəaliyyəti isə sual altındadır. 

 

Mağazaların bağlanmasının səbəbi alıcı sayının azalmasıdır.  Xatırladaq ki, Zara 2022-ci ildə Ukraynada fəaliyyət göstərən mağazalarını bağlamışdı, lakin 2024-cü ildə yenidən Ukrayna bazarına qayıdıb. Inditex şirkəti ispan biznesmen Amansio Orteqa tərəfindən təsis edilib. Şəbəkənin dünya üzrə təxminən 100 ölkədə 5,5 mindən çox mağazası var.

 

Inditex-in ən tanınmış brendləri isə "Zara", "Pull&Bear", "Massimo Dutti", "Bershka", "Stradivarius" və "Oysho"-dur.

 

Aysel Şirinova