İspaniyanın Zara brendinə sahib olan geyim mağazaları şəbəkəsi "Inditex" Ukraynanın Dnepropetrovskdakı mağazalarını bağlayır.
Tvit.az xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.
Məlumata görə, "Inditex" sözügedən ərazidəki iri ticarət mərkəzləri ilə icarə müqavilələrini ləğv edib.
Odessa və Xarkov şəhərlərindəki ticarət nöqtələrinin fəaliyyəti isə sual altındadır.
Mağazaların bağlanmasının səbəbi alıcı sayının azalmasıdır. Bu da biznesin zərərli olmasına gətirib çıxarır.
Aysel Şirinova