Avropa İttifaqı Rusiya Federasiyası ilə hərbi münaqişənin başlanğıcından bəri Ukraynanı dəstəkləmək üçün təxminən 200 milyard avro xərcləyib.
Tvit.az xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər naziri Radoslav Sikorski bildirib.
"İndi Avropa müharibəni tam maliyyələşdirir, çünki Amerika maliyyələşməsi keçən ilin yanvarında dayandırılıb. Biz (yəni Avropa) təxminən 200 milyard avro xərclədik və növbəti iki ildə Ukraynaya dəstək üçün 90 milyard avro məbləğində maliyyə genişləndirdik," - deyə Sikorski bildirib.
Aysel Şirinova