Məşhur meyxanaçı Ağamirzə qardaşının ağır yol qəzasına düşməsi xəbəri ilə pərəstişkarlarını sarsıdıb.
Tvit.az Yenicag.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində məlumat verib.
O, qardaşının yolu keçərkən avtomobil tərəfindən vurulduğunu və hazırda vəziyyətinin ciddi olduğunu bildirib:
“Qardaşım piyada keçidindən keçərkən avtomobil onu vurub. Hazırda xəstəxanadadır, müalicəsi davam edir. Çox ağır xəsarətlər alıb. Hadisə namaz vaxtı baş verib. Qardaşım avtomobilini yol kənarında saxlayıb, namaz qılmaq üçün qarşı tərəfə keçmək istəyərkən bu bədbəxt hadisə yaşanıb. Dünyasını dəyişsəydi, şəhid sayılacaqdı”.