Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Dövriyyədən çıxarılmış narkotik vasitələr yandırıldı
hadisə

Dövriyyədən çıxarılmış narkotik vasitələr yandırıldı

05-02-2026 13:00 13 Baxış
IMG

Lənkəran şəhərində və Astara rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Bu barədə "Tvit.az"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Lənkəran (84 hökm) və Astara (21 hökm) rayon (şəhər) komissiyaları tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 105 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.