Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Reabilitasiya mərkəzlərinin fəaliyyəti qanuniləşdirilməlidir
sosial

Reabilitasiya mərkəzlərinin fəaliyyəti qanuniləşdirilməlidir

04-02-2026 20:00 20 Baxış
IMG

Narkoloji müalicə birmənalı olaraq könüllü aparılmalıdır.

 

Tvit.az APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov bildirib.

 

“Narkoloji müalicə anonim də ola bilər. Xəstənin məlumatları məxfi saxlanılır. İnsanlar adının qeydiyyata düşməsindən, cəmiyyətdə yayılmasından narahat olurlar. Ona görə də gedib qeyri-qanuni fəaliyyət göstərən reabilitasiya mərkəzlərinə müraciət edirlər. Heç maraqlanmırlar ki, oradakı müalicə metodu nə dərəcədə doğrudur? Ümumiyyətlə, reabilitasiya mərkəzlərinin fəaliyyəti qanuniləşdirilməlidir, dövlət nəzarəti olmalıdır”, - direktor qeyd edib.

 

Qeyd edək ki, Sumqayıt şəhər Prokurorluğunun məlumatına görə, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.