Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Nyukasl" "Qarabağ"la Bakıdakı oyun üçün biletlərin qiymətini açıqladı
idman

"Nyukasl" "Qarabağ"la Bakıdakı oyun üçün biletlərin qiymətini açıqladı

04-02-2026 16:00 16 Baxış
IMG

"Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyun üçün biletlərin qiymətlərini açıqlayıb.

Fanat.Az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətlər bütün yaş qrupları üzrə 18 funt-sterlinq, təxminən 40 manatdır. 

Təhlükəsizlik qaydalarına əsasən, 16 yaşdan aşağı şəxslər stadiona mütləq böyüklərin nəzarəti ilə daxil olmalıdırlar.

Bundan başqa, səfərin İngiltərə futbolu tarixinə düşəcəyi qeyd olunub. Belə ki, Eddi Haunun komandası Bakıya gəlmək üçün 2 529 mil (təxminən 4 070 km) qət edəcək ki, bu da komandanın turnir tarixində ən uzun məsafədir.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək.