Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial “Azəriqaz” əhaliyə müraciət etdi
sosial

“Azəriqaz” əhaliyə müraciət etdi

04-02-2026 12:00 35 Baxış
IMG

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin bütün struktur bölmələri məlumatlandırılıb, sahələrdə risk yarada biləcək işlər minimuma endirilib.

İB-dən "Tvit.az"a verilən məlumata görə, növbətçilik qrafiki əsasında 7/24 rejimində çalışan briqadalar gücləndirilmiş iş şəraitində fəaliyyətlərini davam etdirirlər.

Bildirilib ki, qaz təchizatının fasiləsizliyi, abonentlərlə bağlı məsələlər və mümkün risklərin qarşısının alınması istiqamətində görülən tədbirlər daimi nəzarətdə saxlanılır:

“Küləkli hava şəraiti zamanı tüstü bacaları ilə bağlı risklərin arta biləcəyini diqqətə çatdıraraq qeyd etmək istərdik ki, standartlara uyğun olmayan tüstü bacalarında sovurmanın zəifləməsi yanma prosesinin pozulmasına və nəticədə dəm qazının yaranmasına səbəb ola bilər.

Ölkə üzrə qüvvədə olan standartlara və texniki normativ tələblərə əsasən, tüstü bacası dam səthindən minimum 50 sm hündürlükdə olmalı və müvafiq qaydada quraşdırılmalıdır. Bu tələblərə əməl edilməsi küləkli hava şəraitində təhlükəsizliyin təmin olunmasına imkan yaradır.

Abonentlərə xüsusilə gecə saatlarında mənzillərdə qazla işləyən qurğuların söndürülməsi və ya avtomatik tənzimlənən avadanlıqlardan istifadə olunması, tüstü bacalarının mütəmadi təmizlənməsi və sovurmanın yoxlanılması tövsiyə olunur”.