Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Müdafiə Nazirliyinin olduğu təyyarədə problem yarandı - Geri qayıtdı
dünya

Müdafiə Nazirliyinin olduğu təyyarədə problem yarandı - Geri qayıtdı

29-01-2026 17:00 15 Baxış
IMG

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamışın olduğu təyyarə texniki nasazlıq səbəbindən Varşavaya qayıdıb.

Tvit.az xəbər verir ki, bu barədə "RMF24" məlumat yayıb.

Məlumatda deyilir:


“Polşa nümayəndə heyətinin olduğu hökumət təyyarəsi səhər tezdən Varşavadakı hərbi aerodroma qayıtmağa məcbur olub. Buna səbəb dispetçerlərdən birinin təyyarənin şassi sistemi ilə bağlı nasazlıq aşkar etməsi olub.”

Nazirin  Almaniyaya səfər etdiyi bildirilib. O,  NATO ölkələrinin ali hərbi rəhbərliyi ilə, o cümlədən alyansın baş katibi Mark Rütte ilə keçiriləcək görüşdə iştirak etməli idi.

 

Aysel Şirinova