Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Qara dənizdə gəmiyə dron zərbələri endirildi: Ekipaj üzvləri arasında azərbaycanlılar da var
hadisə

Qara dənizdə gəmiyə dron zərbələri endirildi: Ekipaj üzvləri arasında azərbaycanlılar da var

13-10-2026 10:00 18 Baxış
IMG

Bolqarıstan Baş naziri Rumen Radev Qara dənizdə gəmilərə yeni PUA hücumlarının olduğunu bildirib.

 

Bu barədə Tvit.az Bolqarıstanın "Bta.bg" nəşrinə istinadən məlumat verir.

 

Rumen Radev hücumları "tamamilə qəbuledilməz" adlandırıb.

 

Məlumata görə, bununla bağlı Bolqarıstan Nazirlər Şurasının Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

 

Radevin sözlərinə görə, Byaladan 18 dəniz mili şərqdə yerləşən gəmi üç PUA (dron) tərəfindən vurulub. Gəmidə həmçinin Azərbaycan vətəndaşları da olub:

 

"Təcili reaksiya qüvvələrimiz dərhal səfərbər edildi. Sərhəd polisi ekipajı gəmidə olan hər kəsi xilas etdi: yeddi Ukrayna vətəndaşı və səkkiz Azərbaycan vətəndaşı".