Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Rəşad İlyasovla bağlı qərar verildi
hadisə

Rəşad İlyasovla bağlı qərar verildi

21-01-2026 13:00 12 Baxış
IMG

“JOY TOUR” və “JOY TRAVEL” şirkətlərinin 4 ay əvvəl həbs edilmiş təsisçisi Rəşad İlyasov ev dustaqlığına buraxılıb.

 

Tvit.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb.

 

İclas günü həm prokurorun həbs müddətinin uzadılması ilə bağlı təqdimatına, həm də təqsirləndirilən şəxsin vəkili Ruzi Səmədovun müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

 

Hakim vəkilin vəsatətini əsaslı sayaraq həbs müddətinin uzadılmasına zərurət olmadığını bəyan edib. Qərara əsasən, Rəşad İlyasov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Şirkət rəhbəri məhkəmə zalında həbsdən azad edilib.

 

Qeyd edək ki, R.İlyasov müxtəlif xarici ölkələrə səyahət etmək üçün tur paketlərinin və aviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən bir neçə nəfəri aldatmaqda və pullarını ələ keçirməkdə ittiham olunur. Faktla bağlı Xətai Rayon Prokurorluğunda xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq maddələri ilə cinayət işi başlanılıb.

 

Hazırda şirkətin fəaliyyəti ilə bağlı ibtidai araşdırma davam edir.