Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) ölkəni üzvlüyə qəbul etməyə hazır olduğuna əmin olmadığını bildirib.
Tvit.az-ın “Sputnik Ermənistan”-a istinadla məlumatına görə, Mirzoyan bu barədə Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.
“Ermənistan sabah Aİ-yə üzv olmağa ‘hə’ desə belə, Avropa İttifaqının ölkəmizi üzvlüyə qəbul etmək barədə qərarının olub-olmadığına əmin deyiləm”, – deyə nazir bildirib.
Bununla yanaşı, Mirzoyan Ermənistanla Aİ arasında münasibətlərin “görünməmiş dərəcədə dərin və yaxın” olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin Avropa İttifaqına üzv olması üçün təkcə İrəvanın istəyinin kifayət etmədiyini bəyan edib.
Aysel Şirinova