Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır.
"Tvit.az" Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə Sabitliyi hesabatı"na istinadla xəbər verir ki, dövr ərzində əhalinin sərəncamda qalan gəlirlərinin artması ilə bərabər, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı göstəricisində də artım müşahidə olunub. Belə ki, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7 faiz olub.