"WhatsApp"ın iOS üçün buraxılan 26.1.10.71 beta versiyasında profil səhifələrinə örtük fotosu əlavə etmək funksiyası sınaqdan keçirilir.
Tvit.az xəbər verir ki, vu yenilik profil görünüşünü daha fərdi və cəlbedici edəcək.
"WhatsApp"ın iOS üçün yayımlanan 26.1.10.71 beta versiyasında istifadəçi profillərinə örtük fotosu əlavə edilə biləcəyini göstərən yeni detallar ortaya çıxıb. Funksiya profil fotosunun yuxarı hissəsində yerləşən geniş vizual sahə təqdim edəcək və profillərin ümumi görünüşünü köklü şəkildə dəyişəcək.
Örtük fotosu dəstəyi əslində "WhatsApp Business" istifadəçiləri üçün yad deyil. Lakin bu yeniliklə standart "WhatsApp" istifadəçiləri də profillərini daha şəxsi formada tərtib edə biləcəklər. Bildirilir ki, istifadəçilər qalereyalarından foto seçə və görüntünü istədikləri kimi redaktə edə biləcəklər.
Aysel Şirinova