Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu il Azərbaycanda uşaq ölümlərinin sayı 30 % azalıb
sosial

Bu il Azərbaycanda uşaq ölümlərinin sayı 30 % azalıb

19-12-2025 13:00 10 Baxış
IMG

Bu il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümü sayı 22 olub.

Tvit.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına və gələcək planlara dair brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 101 kritik ağır hal isə tibb personalının səyi nəticəsində ölümlə nəticələnməyib:

"Ana ölümlərinin təhlili göstərir ki, 22 ana ölümündən 15-i bilavasitə (mamalıq) hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə birbaşa bağlı olan səbəblərdən, 7-si isə ekstragenital səbəblərdən baş verib. Mamalıq səbəbləri sırasında qanaxmalar, emboliyalar, preeklampsiya və eklampsiyanın fəsadları, sepsis halları üstünlük təşkil edib. Ekstragenital səbəblər arasında anestetik qüsurlar, ürək dayanması, beyinə qansızma, dərman zəhərlənməsi və virus mənşəli vaskulit halları qeydə alınıb".

V.Qurbanov əlavə edib ki, uşaq ölümlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30 % azalaraq bu il 751 olub:

"Uşaq ölümlərinin əsas səbəbləri neonatal dövrdə perinatal dövr üçün xarakterik olan tənəffüs və ürək-damar pozğunluqları, hamiləlik müddəti və dölün böyüməsi ilə bağlı pozğunluqlar, daha yuxarı yaş qruplarında isə qrip və pnevmoniyalar, bağırsaq infeksiyaları, tənəffüs yolları xəstəlikləri, travmalar, termik və kimyəvi yanıqlar, eləcə də virus mənşəli ağırlaşmalar olub.

Komissiyaların fəaliyyəti çərçivəsində ana və uşaq ölümləri, eləcə də ağırlaşmış hallar təhlil olunub, intizam tədbirləri tətbiq edilib və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib".