Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib
hadisə

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib

19-12-2025 11:00 12 Baxış
IMG

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

"Tvit.az"ın məlumatına görə, Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.