Ağdam şəhərinin binalarında daxili kommunikasiya işlərinin görülməsi və avadanlıqların alınması üçün 31,9 milyon manat vəsait ayrılıb.
Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, bununla əlaqədar Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti "Diler İnşaat" QSC ilə müqavilə imzalayıb.
Ağdam şəhərinin 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarını əhatə edən müqavilənin ümumi dəyəri 31 milyon 934 min 173,84 manatdır. Dekabrın 11-də başlanan təmir işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.
Qeyd edək ki, “Diler İnşaat” QSC 2016-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Elxan Süleymanovdur.