Azərbaycan Turizm və Menecment Universitetinin 4-cü kurs tələbəsi Ağa Anar oğlu Əhmədov vəfat edib.
"Tvit.az" xəbər verir ki, tələbə yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Qeyd edək ki, Ağa Əhmədov Turizm və qonaqpərvərlik fakültəsində Tərcümə ixtisası üzrə təhsil alırdı.