Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Azərbaycanda 58 milyard manata yaxın sənaye məhsulu istehsal edilib
iqtisadiyyat

Azərbaycanda 58 milyard manata yaxın sənaye məhsulu istehsal edilib

10-12-2025 14:00 17 Baxış
IMG

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında 57,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilib.

"Tvit.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Sənaye məhsulunun 60,6 faizi mədənçıxarma sektorunda, 33 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 94,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 60,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 49,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,7 faiz, tütün məmulatlarının istehsalı 13,2 faiz, qida məhsullarının istehsalı 9,8 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz artmış, içkilərin istehsalı 1,6 faiz, tikinti materiallarının istehsalı 3,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,6 faiz, maşın və avadanlıqların istehsalı 8,7 faiz, hazır metal məmulatlarının istehsalı 9,7 faiz, mebel istehsalı 10,0 faiz, elektrik avadanlıqlarının istehsalı 11,2 faiz, poliqrafiya məhsullarının istehsalı 18,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,9 faiz, geyim istehsalı 20,0 faiz, kağız və karton istehsalı 26,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,3 faiz artıb.