Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Terrorçuluğu maliyyələşdirən şəxslərə hökm oxundu
sosial

Terrorçuluğu maliyyələşdirən şəxslərə hökm oxundu

25-11-2025 20:00 17 Baxış
IMG

Terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrlik etdiyi prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 il, Elçin Əzizov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.