8 noyabr - Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının təşəbbüsü və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə “Qarabağnamə” tamaşası nümayiş olunub.
"Tvit.az" xəbər verir ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən tamaşa xalqımızın mustəqilliyi uğrunda apardığı mübarizənin tərənnümdür. Əsər 18-ci əsrdə Qarabağ xanlığında cərəyan edən mürəkkəb hadisələrdən bəhs edir. Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi və şəxsi həyatından söz açır. İbrahim xan Azərbaycana yiyələnmək istəyən xarici qüvvələr və erməni fitnəkarlığı ilə mübarizə aparır.
Tamaşaya Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və rayon ictmaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər baxış keçiriblər.Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılandı.