Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bərdədə 154 kiloqram at ətinin mal əti adı ilə satışa çıxarılmasının qarşısı alınıb
sosial

Bərdədə 154 kiloqram at ətinin mal əti adı ilə satışa çıxarılmasının qarşısı alınıb

21-11-2025 13:00 95 Baxış
IMG

Bərdədə 154 kiloqram at ətinin mal əti adı ilə satışa çıxarılmasının qarşısı alınıb.

Bu barədə "Tvit.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA-nın və Daxili İşlər Nazirliyi Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi reyd zamanı Bərdə rayonunda fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.

Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Hüseynov Natiq Vaqif oğlu mal əti adı altında satış məqsədilə Bakı şəhərinə apardığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub.