Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır - SİYAHI
sosial

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır - SİYAHI

09-11-2024 12:00 33 Baxış
IMG

Bakıda 57 sayda marşrutun xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir, 15 marşrut xəttinin fəaliyyəti dayandırılır.

 

Tvit.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

Məlumata görə, dəyişikliyə əsasən:

 

-3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 2 nömrəli, “Nəriman Nərimanov” metrostansiyası olan 5 nömrəli və “Dərnəgül” metrostansiyası olan 88 nömrəli marşrut avtobuslarının təyinat nöqtəsi “28 May” NMM olacaq.

 

-7 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası təyin edilib. Başlanğıc dayanacağı “Azadlıq prospekti” metrostansiyası olan 6 nömrəli, Yasamal Yaşayış Kompleksi (MİDA) olan 10 nömrəli, 9-cu mikrorayon olan 18 nömrəli, Badamdar qəsəbəsi olan 31 nömrəli, Yeni Yasamal yaşayış massivi olan 39 nömrəli, Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 96 nömrəli, Lökbatan qəsəbəsi olan 125 nömrəli marşrut avtobuslarının son dayanacaq məntəqəsi metronun “Elmlər Akademiyası” stansiyası olacaq.

 

-12 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilib. Yeni Günəsli qəsəbəsini metro ilə əlaqələndirən 36 nömrəli marşrutun sxemindən Müzəffər Həsənov küçəsi (Yeni klinika), Tibb Universiteti və metronu birləşdirən 38 nömrəli marşrutun sxemindən isə Keşlə qəsəbəsi çıxarılıb. 71 nömrəli marşrut “Azadlıq prospekti” və “Ulduz” metrostansiyalarını əlaqələndirəcək.

 

Başlanğıcını Balaxanı (105 nömrəli), Buzovna (107 və 131 nömrəli), Bilgəh (172 nömrəli), Nardaran (189 nömrəli), Ramana (204 nömrəli), Məmmədli (217 nömrəli), Maştağa (M8 nömrəli) qəsəbələri və Savalan yaşayış massivindən (139 nömrəli) götürənmarşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

 

- 4 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası təyin edilib. Belə ki, Cəmşid Naxçıvanski küçəsindən başlanğıcını götürən 30 və 32 nömrəli, “Əhmədli” metrostansiyasından fəaliyyətə başlayan 21 nömrəlivə Mehdi Hüseynzadə küçəsində (68 nömrəli məktəb) başlanğıc dayanacağı olan 49 nömrəli marşrutların təyinat nöqtəsi metronun “Xətai” stansiyası olacaq.

 

- 13 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzi ilə, 15 nömrəli marşrut Keşlə qəsəbəsini Azər Manafov küçəsi ilə, 46 nömrəli marşrut Günəşli qəsəbəsini Həmrəylik küçəsi ilə, 60 nömrəli marşrut Polad Həşimov və Yavər Əliyev küçələrini, 61 nömrəlimarşrut paytaxtın 9-cu mikrorayonunu Rəşid Behbudov küçəsi (Mərkəzi Bank) ilə, 65 nömrəlimarşrut 9-cu mikrorayonu Azərbaycan prospekti ilə, 70 nömrəli marşrut “AzərSu” Tikinti Xəstəxanasını “Neftçilər” metostansiyası ilə, 77 nömrəli marşrut Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirəcək.

 

- 120 nömrəli marşrut Hövsan Yaşayış Kompleksi (MİDA) və “Həzi Aslanov” metrostansiyasını, 141 nömrəli marşrut Buzovna-Şüvəlan şosesi və Mərdəkan qəsəbəsini, 149 nömrəli marşrut Sahil qəsəbəsi və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzini, 198 nömrəli marşrut isə Zabrat dəmiryol stansiyası və Zabrat dairəsini birləşdirəcək.

 

 
- Zabrat qəsəbəsindən başlanğıcını götürən 3 sayda müntəzəm marşrutun (118A, 118B və 148 nömrəli) son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası təyin edilib.

 

- 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi(dəmiryol stansiyası) təyin edilib. Belə ki, başlanğıc dayanacağı Ramana Yeni Yaşayış Kompleksi olan 163 nömrəli, Suraxanı qəsəbəsi olan 184 nömrəli və Ramana qəsəbəsi (Şuşa şəhərciyi) olan 214 nömrəlimarşrutların təyinat nöqtəsi “Koroğlu” metrostansiyasının cənub çıxışı (“Piramida” tərəf)olacaq.

 

-62 nömrəli marşrut Sabunçu qəsəsini Nəsirəddin Tusi küçəsi ilə, 93 nömrəli marşrut “Dərnəgül” metrostansiyasını Sabunçu qəsəbəsi ilə, 166 nömrəli marşrut isə Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsi ilə əlaqələndirəcək. Marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

 

- 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi Zabrat dairəsinə təyin edilib. Başlanğıcını Pirşağı qəsəbəsindən götürən 173A və 173B nömrəlivə Savalan yaşayış massivindən fəaliyyət göstərən 197 nömrəli marşrutların təyinat nöqtəsi Zabrat dairəsi olacaq.

 

- Sabunçu və Günəşli qəsəbələrini əlaqələndirən 40və 55 nömrəli marşrutların fəaliyyəti Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə təşkil ediləcək.

 

- 140 nömrəli marşrut Şüvəlan qəsəbəsini “Əhmədli”metrostansiyası ilə, 160 nömrəli marşrut isə Binə qəsəbəsini “Həzi Aslanov” metrostansiyası ilə əlaqələndirəcək. Avtobuslar Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək.

 

- Başlanğıcını Kürdəxanı qəsəbəsindən götürən 185 nömrəli marşrutun son dayanacaq məntəqəsi "8-ci km" bazarı olacaq. Marşrutun fəaliyyəti Əsildar Məmmədəliyev küçəsinə (Sabunçu dəmiryol stansiyası) daxil olmaqla təşkil ediləcək.

 

- 3 nömrəli marşrut “Dərnəgül” metrostansiyasınıBadamdar qəsəbəsi ilə əlaqələndirəcək. Avtobuslarınqəsəbədən metrostansiya istiqamətində hərəkətiBadamdar şosesi, M.Müşfiq küçəsi, H.Cavid prospekti, Ə.Haqverdiyev, Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, H.Ələsgərov, Mərdənov qardaşları vəA.Bakıxanov küçələri, daha sonra isə öz hərəkət sxemi üzrə təmin ediləcək. Əks istiqamətdə isə avtobus marşrutu N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev, Ə.Haqverdiyev küçələri və H.Cavid prospekti, daha sonra isə öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

 

- 11 saylı məktəbi Yeni Yasamal yaşayış massivi ilə əlaqələndirən 17 nömrəli marşrut avtobuslarıŞ.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları və A.Bakıxanov küçələri, əks istiqamətdə isə H.Ələsgərov, S.Vurğun, Ş.Mehdiyev, A.Abbasovküçələri ilə hərəkət edəcək. Marşrut daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

 

- 15 sayda müntəzəm marşrutun (1, 4, 7B, 24, 37, 54,140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli) fəaliyyəti müvəqqəti dayandırılacaq.