Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial 63 yaşlı "vəkil" azadlıqdan məhrum edildi
sosial

63 yaşlı "vəkil" azadlıqdan məhrum edildi

20-11-2025 18:00 19 Baxış
IMG

"Əsma Hüquq Xidmətləri Servis" MMC-nin rəhbəri Tahir Qurbanova hökm oxunub.

 

Tvit.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Tahir Qurbanov 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üç il müddətinə azadlıqdan məhrum edilib.

 

İş materiallarına görə, Tahir Qurbanov bir neçə nəfərə qarşı dələduzluq edib. Onun qurbanları, əsasən yaxınları həbs olunmuş şəxslər olublar. Tahir Qurbanov həmin şəxslərə yüngül cəza verilməsinə, yaxud azadlığa buraxılmasına nail olacağı barədə onların yaxınlarına vədlər verib. O, zərərçəkmişlərdən ümumilikdə 50 000 manatdan yuxarı pul alıb.

 

Tahir Qurbanov verdiyi vədləri yerinə yetirmədiyinə görə onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

 

63 yaşlı Tahir Qurbanov qurbanlarına özünü vəkil kimi təqdim edib.