İranın xarici işlər naziri Abbas Əraqçı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin İranla əməkdaşlıqla bağlı açıqlamasına reaksiya verib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
O, ölkəsinin sıfır zənginləşdirmə razılaşmasını qəbul etməyəcəyini vurğulayıb. Belə bir razılaşmanı xəyanət olaraq dəyərləndirəcəklərini bildirən Əraqçı bu istiqamətdə hər hansı bir güzəşti qəbul etməyəcəklərini vurğulayıb.
Elmin Alışov