Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bu ölkədə genişmiqyaslı yanğın 100-lərlə evi yararsız hala saldı
dünya

Bu ölkədə genişmiqyaslı yanğın 100-lərlə evi yararsız hala saldı

19-11-2025 22:00 26 Baxış
IMG

Yaponiyanın Oita şəhərində baş verən yanğında 150-dən çox ev yanıb.

Tvit.az xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Yanğın Saganoseki rayonunda, sıx şəkildə tikilmiş, azmərtəbəli taxta evlərin yerləşdiyi binalardan birində başlayıb. Od dərhal yaxınlıqdakı tikililərə keçib. Genişmiqyaslı yanğın 170-dən çox evi əhatə edib və sonradan məlum olub ki, alov yaxınlıqdakı meşə massivinə və şəhərdən təxminən bir kilometr aralıda yerləşən yaşayış olmayan adaya da yayılıb.

 Yanğının sahəsi 49 min kvadratmetrə çatıb və artıq bir sutkadır ki, onu lokallaşdırmaq mümkün olmur. Ümumilikdə 167 nəfər təxliyə edilib.

Aysel Şirinova