Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi
sosial

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

19-11-2025 18:00 16 Baxış
IMG

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ildə Türkmənistana səfərə dəvət edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı təbrikində bildirilib.

 

"Hörmətli İlham Heydər oğlu, sizi dost və qardaş kimi gələn il Türkmənistanda baş tutacaq Mərkəzi Asiya və Azərbaycanın Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə gözləyirik", - təbrikdə qeyd olunub.