Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna əsgərləri bu ölkədə təlim keçib
dünya

Ukrayna əsgərləri bu ölkədə təlim keçib

18-11-2025 21:00 14 Baxış
IMG

Ukrayna Silahlı Qüvvələrinin 8000-dən çox əməkdaşı artıq İspaniyada təlim keçib.

Tvit.az xəbər verir ki, bu barədə  İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermakla görüşərkən deyib.

"İspaniya avadanlıq və təlim verməyə davam edəcək: bu günə qədər ölkəmizdə 8000-dən çox əsgər hazırlanıb", - deyə o, bildirib.

 Qeyd olunub ki, Madrid artıq 110 milyon avrodan çox humanitar yardım ayırıb və Ukraynanın yenidən qurulması üçün təxminən 600 milyon avro vəd edib.

Aysel Şirinova